Çərçivəyə salınan Ermənistan prezidenti

Ermənistan prezidenti səlahiyyətlərinin olmadığını etiraf edib və bildirib ki, o dar çərçivəyə salınıb. SİA Ermənistana məxsus rusarminfo.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Avropadan Ermənistana uçan təyyarədə “Qraparak”qəzetinə müsahibəsində Ermənistan prezidenti Armen Sarkisyan deyib.
Ermənistan prezidenti Armen Sarkisyan Ermənistanda baş verən hadisələr və onlarda prezidentin rolu və səlahiyyətləri barədə danışıb. Sarkisyanın sözlərinə görə, mövcud Konstitusiyaya əsasən, Ermənistan prezidentinin səlahiyyətləri olduqca məhduddur və buna görə də onun dövlət başçısı kimi hərəkətləri məhdudlaşdırılır.
“Mənim vasitələrim yoxdur. Prezidentin Konstitusiyanın qarantı olduğu heç yerdə yazılmır. Məsələn, əgər prezident eyni zamanda Konstitusiyanın qarantıdırsa, deməli, tənzimləyə biləcəyi vasitələrə malik olur”, deyə Armen Sarkisyan bildirib.
Ermənistan prezidenti səlahiyyətləri məhdud şəkildə, dar çərçivədə işləmək, çalışmaq məcburiyyətində qaldığını da etiraf edib.
“İndi məlum oldu ki, hansısa çərçivəyə salınmışam. Görünür, ancaq bu şərtlərlə işləməliyəm. Mən Konstitusiyanı pozmadan çalışmaq məcburiyyətindəyəm ", deyə Ermənistan prezidenti etiraf edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə