"Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır" ÖZƏL-MÜNASİBƏT

"Erməni təcavüzü nəticəsində Ermənistandan və Dağlıq Qarabağdan qaçqın və məcburi köçkün düşmüş 1 milyondan artıq insanların yaşayış və həyat tərzi acınacaqlı vəziyyətdə idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra iqtisadi və siyasi durumu acınacaqlı olan ölkədə qaçqın və məcburi köçkünlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə sərəncamlar verib, müavinətlər təyin edib və getdikcə sosial vəziyyətlərin yaxşılaşmasına doğru ilk addımları atıb: "2003-cü ildən başlayaraq Möhtərəm Prezidentimiz Ulu Öndərin siyasətini uğurla həyata keçirərək qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə ilk növbədə yaşayış massivlərini inşa etdirərək ağır şəraitdə yaşayanların köçürülməsinə nail oldu və ümumilikdə indiyə qədər 106 qəsəbə müasir üslubda tikilərək qaçqın və məcburi köçkünlərin istifadəsinə verilib. Sonuncu 106-cı “Qobu Park 2” yaşayış kompleksi I Vitse-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksidir. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb, bu il isə 6000 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. O bir daha onu göstərir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, onun problemlərinin həllini diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli tərəqqiyə xidmət edən siyasətin əsas məqsədlərindən biri olan sosial rifahın yüksəlməsi, insanların layiqli həyat tərzinin təmin olunmasından ibarətdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə