Paşinyan dəstək üçün satqın axtarır TƏHLİL

Nikol Paşinyan hakimiyyətini xalqın dəstəyi ilə aldığını göstərmək istəsə də, əslində xəyanət sayəsində hakimiyyəti ələ keçirib. Daha döğrusu, özündən əvvəlki hakimiyyətin xəyanətkarları sayəsində. Ətrafında təcrübəli kadrları olmayan baş nazir əsas vəzifələrə xainləri təyin etməsi də təsadüfi deyil. Çünki, onu parlamentdə baş nazir xainlər seçməli idilər. Həm də axı, komandasının və onu dəstəkləyən müxalif qüvvələrin səsləri kifayət qədər deyildi. Paşinyan yanına toplaşanları açıq şəkildə təşviq etməsi də bunu təsdiq edir.

İndi Konstitusiya Məhkəməsində xainləri axtarmaq vaxtı gəlib çatıb. Paşinyan da heç bu taktikasından əl çəkmək fikrində deyil. Amma bilməlidir və çox güman ki, onun özünün də həmin xainlər tərəfindən piz vəziyyətə qoyulacağını, hakimiyyətinə son qoyulacağını yaxşı bilir.
Paşinyana bumeranq effektini xatırlatmaq əbəsdir. Məntiqi nəticə budur ki, bu xainlər sabah ona xəyanət edəcəklər. Bumeranq effekti artıq bu gün baş nazir tərəfindən hiss olunur da. Köhnə hakimiyyətlə illər boyu əlaqədə olanlar ona xəyanət edirsə, az bir zaman fasiləsində ona qulluq edən komanda yoldaşlarının xəyanət etməyəcəyinə kim zəmanət verə bilər? Ermənistanın baş nazirini daxildən yeyən qurdun təsiri nəticəsində şübhələr Paşinyanı içəridən sıxışdırır. Bu gün baş nazirin komandasından hesab olunanların, baş nazirə heç vaxt güzəştə getməyəcəyinə, istənilən anda onu qınaq vəziyyətinə gətirməyəcəyinə və atəşə tutmayacağına kimsə zəmanət verə bilməz. Paşinyanın daxilindəki şübhələrin artıq onu sakit buraxmadığı tam şəkildə özünü biruzə verir. Görünən və görünməyən cangüdənlərinin sayının həm özü, həm də bütün ailə üçün xeyli sayda artması da təsadüfi deyil.
Bu yolu davam etdirmək, hakimiyyətini bacardığı qədər, az da olsa uzatmaq üçün baş nazir ölkədə monarxik idarəetmə sistemi qurması göz qabağındadır. Xalqdan asılı olmasın deyə Nikol güc strukturlarına arxalanmağı üstün hesab edir, çünki ona ictimai dəstək kəskin şəkildə azalıb və artıq yox dərəcəsindədir. Həm də Paşinyan şəxsi təcrübəsindən də gözəl bilir ki, xainlərə güvənə bilməz. Bilir ki, onlar hər an xəyanət edə bilərlər. Bu system, bu monarxiya ayrıca bir növ gözətçi kimi daim nəzarət mexanizmini işə salmaq məcburiyyətindədir. Təbii ki, mütləq hakimiyyət şəraiti diktatoru tamamilə həssas edir və geniş yayılmış qarşılıqlı inamsızlıq şəraiti ölkəni idarə etmək üçün normal hal, normal atmosfer hesab olunmur.
Ali ideyalar, yüksək fikirlər, ölkənin inkişaf planları, vətəndaşların ləyaqətli həyatı haqqında pafoslu çıxışlar, və hətta komanda yoldaşlarının xəyanət qorxusu ilə də ölkəni idarə etmək olmur və Paşinyan indi bax belə bir çətin durumdadır. Bu durum get-gedə inkişaf etməkdə də davam edir. Paşinyan ölkədəki bütün güc strukturlarını ələ keçirməyə tələsməklə hakimiyyətdə olma müddətini artıqrmağa çalışdığı bəlli olur. Sonda onu qorumaq və hakimiyyətini gücləndirmək üçün bu gücün nəyə daha çox görə əldə edildiyini ermənilər özləri başa düşməli idilər.
Paşinyanın ona sadiq, nə vaxtsa ona xəyanət etməyəcək, müxtəlif sınaqlardan keçmiş yaxın bir komandası varmı? Xeyr, yoxdur. Əlbəttə ki, belə bir vəziyyət ölkənin inkişafı üçün arzuolunmaz olsa da, belə bir vəziyyət artıq Ermənistan reallığıdır. İndi investisiya arzusunda olan Paşinyan bilmirmi ki, capital qoyuluşu belə bir şəraitdə tamamilə mümkünsüzdür və bu bir xülyadır? Bilmirmi ki, heç bir iş adamı bu qədər xəyanıtlərin hökm sürdüyü, qeyri sabit bir ölkəyə sərmayə yatırmaz? Əlbəttə bilir. Amma bilə-bilə bu şəraitə rəvac verir. Görəsən niyə rəvac verir? Çünki, o özü hələ də xain, xəyanətkar axtarışındadır. Hələ də axtarır və xəyanətlər hesabına əldə etdiklərinin sırasını yenə də artırmaq istəyir. Həm də bir tərəfdən də qorxur və bu xəyanətkarlardan da ehtiyatlanır.
Nümayişlərdə ağız dolusu güç strukturlarına xalqa qoşulmaq təklifi edən Paşinyan özü hamıdan yaxşı bilir ki, hüquq-mühafizə orqanlarına, güc strukturlarına güvənməyin heç bir mənası yoxdur. İstənilən anda Ermənistanın güc strukturları hakimiyyəti qoyub əks istiqamətdə keçə bilər və Paşinyan buna da öz təcrübəsində rast gəlib. Bütün bunların fonunda erməni baş nazir hələ də dəstək axtarır və dəstək axtarışında yalnız xainləri öz komandasına cəlb edir, hətta yeni satqınlar qazanır da. Amma bu xainləri, satqınları qazandıqca özünü bir o qədər də dərinquyuya sürüklədiyini özü hamıdan yaxşı bilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...