“Əli Kərimli xarici qüvvələr tərəfindən maliyyələşir” RƏY-ÖZƏL

“Bu gün heç kəsə sirr deyil ki, müxalifət düşərgəsini təmsil edən şəxslər, o cümlədən Ə.Kərimli xarici qüvvələr tərəfindən maliyyələşir”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, “Milli Şura”, AXCP və Müsavat yetkiləri maliyyələşmədən bəhrələnmək üçün hər vasitələrdən istifadə edirlər: “Onlar xarici qüvvələrin sifarişlərini yerinə yetirməklə ölkədə xoşagəlməz bir vəziyyət yaratmaq istəyirlər. Hər zaman xaricdəki məkrli qüvvələr Azərbaycan dövlətinin inkişafını istəməyib və bu inkişafına kölgə salmaq üçün də daxildə olan müxalifət təmsilçilərindən istifadə etməyə çalışıb. Yəni bu gün müxalifətin təxribatlara cəhd etməsinin axrasında xarici maraqlı qüvvələr dayanır. Onlara sual vermək lazımdır ki, sizn nə qədər icazəli, icazəsiz aksiyalar keçirəcəksiz? Yəni istər icazəli, istərsə də icazəsiz aksiyalar keçirsəniz belə keçirilən bu aksiyalara sizdən başqa heç kəs qatılmır. Çünki onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Yaxşı olardı ki, müxalifət bu cür yersiz hərəkətlərindən əl çəksin”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...