“Əli Kərimli sosial şəbəkələrdə növbəti hay-küy yaradır” RƏY - ÖZƏL

“Əli Kərimli və “Milli Şura” adlı qaragüruhun piket tələbi reallaşandan sonra bir daha onların dağıdıcı mahiyyəti öz təsdiqini tapmış oldu”. Bunu SİA-ya açıqlamasında AGAAMC-in sədri, Fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, birbaşa Ə.Kərimlinin təhriki və tapşırığı ilə küçələrə çıxan bir qrup polislə bilərəkdən qarşıdurma cəhdi yaratmaqla əsl mahiyyətlərini ortaya qoymuş oldu: “Sual ortaya çıxır: sənin hansısa siyasi tələbin, çağırışın varsa və hakimiyyət onu səsləndirmək imkanını sizə yaradıbsa onda polislə qarşıdurmaya getmək nəyə lazım idi? Deməli, bu qüvvələrin ciddi tələbləri yoxdur, sadəcə bunları qarşıdurma yaratmaq maraqlandırır. İstəklərinə çata bilməyəndə Ə.Kərimli sosial şəbəkələrdə növbəti hay-küy yaratmaq kampaniyasına başlayaraq siyasi şou yaratmaq iddiasına düşür. Sözün varsa nədən bəs icazə verilən piketə özün gəlmirsən? Ə.Kərimli bununla da bəlli siyasi sifarişlərin və tapşırıqların icraçısı olduğunu bir daha sübut etməkdədir. Hər dəfə olduğu kimi öz ampulasında və psixi eyforiya vəziyyətində olan bu adamın əslində nə istədiyi də məlum deyil. Sosial bazası olmayan bu adam ətrafında olan insanların bədbəxtliyi üzərində öz siyasi iddialarını gerçəkləşdirmək iddiasından da əl çəkmək istəmir. Anlamır ki, düçar olduğu uğursuzluğunun səbəbi özündədir. Onu da anlamır ki, bu ölkədə siyasi hakimiyyətin taleyini xalq müəyyənləşdirir və xalqdan dəstək almaq imkanı olmayan istənilən qüvvənin iddiası və istəyi iflasa məhkumdur”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...