"Azərbaycan digər ölkələrə nümunədir" Leonid Kalaşnikov

“Biz Azərbaycana “Rus Kitab Evi”nin 10 illik yubileyini qeyd etmək üçün gəlmişik. Növbəti dəfə Azərbaycanda olmaqdan məmnunluq hissi duyuram. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev bizi çox səmimi qəbul etdi”. Bu fikirləri jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Prezident İlham Əliyevlə görüşdə Azərbaycanda rus dilinə olan münasibət haqqında söz açdıqlarını deyən komitə sədri söyləyib ki, heç bir post sovet ölkəsində bu dilə Azərbaycandakı isti münasibət göstərilmir.

L.Kalaşnikov Rusiyada bir çoxlarının xoşun gəlməsə də o rus dilinə olan münasibətlə bağlı Azərbaycanı nümunə gətirdiyini dilə gətirib: “Hər kəsə məlumdur ki, rus dilinə verilən dəyər Ulu Öndər Heydər Əlievin bu dilə olan münasibətindən irəli gəlir. Rusiyada xüsusilə də böyük nəsil Ulu Öndəri öyrənir, onun haqqında geniş məlumata malikdir. Hətta ölkəmizdə keçirilən humanitar tədbirlərdə Onu xoş sözlərlər xatırlayırıq. Onun gördükləri işlər haqqında danışmalıyıq ki, hər kəs məlumatlı olsun”.

İki ölkə başçıları arasında dostluq münasibətlərinin olduğunu deyən Duma təmsilçisi vurğuylayıb ki, bu günlərdə Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan və Rusiya prezidentləri arasında növbəti isti münasibətinin şahidi olduq: “İki ölkə başçısı arasında hər zaman dostluq münasibətləri olub. Lakin son illərdə iki ölkə arasında əlaqələrin keyfiyyətindəki dəyişikliklər Rusiyada da hiss olunur. Bu, siyasi, humanitar, iqtisadi hətta hətta ticari əlaqələrdə də özünü göstərməkdədir. Azərbaycan Rusiyadan metro qatarlar alır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə