"Radikal müxalifət özünü bir daha ifşa etdi" MÖVQE-ÖZƏL

“AXCP və “Milli Şura”nın əsas fəaliyyəti xaricdəki anti-Azərbaycan mərkəzlərindən və erməni lobbisindən aldığı tapşırıqlar əsasında nə yolla-olursa olsun, təxribatlar edib. Azərbaycanda ictimai-asayişi və sabitliyi pozmaqdır. Oktyabrın 8-də keçirilən piket bunu bariz göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.

Azərbaycanda vətəndaşaların sərbəst toplaşmaq hüququnun təmin olunduğunu deyən deputat bildirib ki, bu məqsədlə təkcə paytaxt Bakıda deyil, respublikaının bütün rayon və şəhərlərində vətəndaşlara öz düşüncələrini ifadə etmək üçün yerlər ayrılıb.

Deputat söyləyib ki, hakimiyət fərq qoymadan istənilən qüvvəyə dinc, qaydalara riayət etməklə, ictimai-asayişi pozmadan aksiyaların keçirilməsinə icazə verir: “Bakı Şəhər İcra Hakimiyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq AXCP və “Milli Şura”nın keçirmək istədiyi piketə icazə verdi. Lakin adı çəkilən və hər zaman ölkədə ictimai asayişi pozub, xaos yaratmaq istiqamətində təxribatçı fəaliyyəti ilə seçilən AXCP və “Milli Şura” bu dəfə də ənənəsinə sadiq qalaraq xaricdəki anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirmək, sədaqətini sübut etmək üçün növbəti cəhdini etdi”.

İ. Məmmədov vurğulayıb ki, insanları küçələrə çıxaran Əli Kərimli qaydalara riyatə etmək əvəzinə tərəfdarlarına ictimai asayişi pozmaq, təxribata əl atıb ətrafdakıların diqqətini özünə cəlb edib, həmçinin videoçəkilişlər edib paylaşmalar yolu ilə ajiotaj yaratmaq təlimatı verib insanları küçələrə saldı, özü isə gizlənərək ortalıqda görünmədi: “Onlar dünənki hərəkətləri ilə bir daha özlərini ifşa etdilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə