“RESURS” Analitik İnformasiya Mərkəzi rəsmi olaraq fəaliyyətə başlayıb

Bu gündən “RESURS” Analitik İnformasiya Mərkəzi rəsmi olaraq fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, mərkəz “Region” adı altında mətbuatda silsilə analitik yazılarla çıxış etsə də, eyni adlı qeydiyyatdan keçməsi səbəbindən adının rəsmiləşdirməsi mümkün olmamışdır. Artıq mərkəz “RESURS” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi (RAİMİB) adı ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və strukturları təsdiq olunub.

RAİMİB-in əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

1 a) Beynəlxalq münasibətlər sistemində dövlətlərarası münasibətlərin tarixi-fəlsəfi baxımdan elmi araşdırılması

b) Dünya iqtisadiyyatı, Azərbaycanda və regionda iqtisadi münasibətlərin elmi araşdırılması

2. a) Beynəlxalq və regional siyasi proseslərin cari və perspektiv planda analitik təhlili və proqnozlaşdırılması

b) Proseslərin operativ təhlili və şərhi

3. Sosial tədqiqatlar, sosial-iqtisadi, mənəvi-psixoloji problemlərin cari və perspektiv planda təhlili və aradan qaldırılması yollarının müzakirəsi

Mərkəzin fəaliyyətini sosial şəbəkə hesablarından izləmək istəyənlər İnstagram-da resurs.aim, Facebook-da resurs.aim@mail.ru, Twitter-də resurs90.00@mail.ru loginlərindən istifadə edə bilərlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...