AXCP-nin vəzifə menyusu TƏRS BAXIŞ

Əli Kərimli sıravidən tutmuş funksionerliyə qədər qiymət preyskurantı təklif edir

Radikal müxalifət düşərgəsində partiya sədrlərinin müxtəlif vasitələrlə "qaz vurub, qazan doldurmaq" fəaliyyətləri barədə kifayət qədər yazılıb və deyilib, fakktlar, dəlillər ortaya qoyulub. Bu xüsusda Qərb ölkələrinə sığınmaq üçün, yaxud "siyasi mühacir" statusu almaqdan ötrü partiya rəhbərliklərinə nə qədər rüşvətlərin verilməsi də məlumdur. Daha doğrusu, saxta partbiletlərdən tutmuş, partiya sədrlərinin onlara müraciət edən adamların guya hakimiyyət tərəfindən təqiblərə məruz qalmalarını "təsdiq" edən "arayış" vermələrinə qədər bütün faktlar kifayət qədər mediada, sosial şəbəkələrdə işıqlandırılıb, ictimai rəyin diqqətinə çatdırılıb.

Lakin bu arada daha bir fakt diqqətləri özünə cəlb edib. Həmin fakt isə birbaşa AXCP sədri Əli Kərimlinin adı ilə bağlıdır.

Vəsaitlər bank hesabına köçürülür

AXCP-dəki mənbədən sızan məlumata görə artıq Ə.Kərimli sədri olduğu siyasi təşkilata sıravi üzv kimi yazılmaq istəyənlərə bir, funksionerlik etmək istəyənlərə isə digər qiymətlər qoyub. Onun qoyduğu "nırxından" da göründüyü kimi, sıravi üzvlüyə yazılmaq istəyənlər əvvəlcədən 300-500 AZN arası rüşvət təqdim etməlidirlər. Sonrakı aylarda isə, üzvlük haqqından əlavə müəyyən edilmiş vəsaitləri müvafiq bank hesabına köçürməlidirlər.

Həmçinin, AXCP-nin müxtəlif vəzifələrində yer tutmaq istəyənlər üçün də ayrıca qiymətlər qoyulub. Misal üçün, MNTK-da adı keçmək istəyənlər 2000-3000, idarə heyətində adlarının hallanmasını arzulayanlar 3000-5000, rayon təşkilatlarında sədr, yaxud müavin olmaq istəyənlər1500, gənclər və qadınlar qollarında adlarını yazdırmaq istəyində olanlar isə 1000 AZN rüşvət verməyə məhkumdurlar. Ə.Kərimlinin qiymət menyusunda lazım gələndə heç bir əhəmiyyəti olmayan kiçik şöbələr də yaradılır ki, onlar üçün də ayrıca qiymət preyskurantları müəyyən olunub.

AXCP bazar, Əli Kərimli isə bazarkomdur

Bütün bu kimi faktlar isə məhz cəbhəçilər tərəfindən istisna olunmamaqdadır. Daha dəqiq desək, od olmasa tüstü çıxmaz məsəli də məhz buradan qaynaqlanmaqdadır. Ə.Kərimlinin sədlrik etdiyi AXCP-ni bazaar meydanına döndərməsi isə onun daha bir gizli planını ortaya çıxarmış olur. Misal üçün, əgər o sosial şəbəkələrdə, klaviatura arxasında insanları aksiya və mitinqlərə çağırırsa, bu heç də onun hakimiyyətə gəlmək istəyində olmasını ehtiva etmir. Əksinə, Ə.Kərimli düşünür ki, nə qədər çox müxalifət düşərgəsində qalarsa, AXCP-yə rəhbərlik edərsə, bir o qədər də qazanc əldə edib, özünün kef həyatını sürəcək. Üstəlik, xarici ağalarından sifariş və tapşırıqlarını alaraq, "siyasi məhbus" bə s. tipli məsələlərdə biznesini artıracaq.

Göründüyü kimi, Kərimlinin sıravidən tutmuş funksionerliyə qədər qiymət preyskurantı təklif etməsi, xüsusi menyular təqdim etməsi artıq onun siyasi deyil, bazaar maraqlarını ortaya qoyur və bütün bunlar son vaxtlar partiyadan istefa verənlərin də etiraflarında təsdiq edilir. Əbəs deyil ki, artıq bu gün AXCP-də olmayanlar partiyanı bazaar, Ə.Kərimlini bazarkom élan edirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...