"Bu gün Azərbaycan-Rusiya arasında hər hansı fikir ayrılığı yoxdur" ÖZƏL-ŞƏRH

"Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin 15 iyununda hakimiyyətə gəldikdən sonra şimal qonşumuz Rusiya ilə münasibətlərə xüsusi önəm verməyə başladı. Rusiya ilə biz tarixən qonşu olmuşuq və bir dövlətin tərkibində olmuşuq. Hal-hazırda isə tarixin bizə yaratdığı qonşuluq münasibətlərinin yaxşı olmaqdan başqa alternativi yoxdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Ulu Öndərin siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir: "Tərəflər bir-birinin daxili işlərinə qarışmır və mehriban qonşuluq siyasəti yürüdürlər. Bizim münasibətlər həm bir-birimizin iqtisadiyyatda yardımçı olmaq, eyni zamanda beynəlxalq aləmdə sülhün bərqərar olması üçün birgə fəaliyyət göstərməkdən ibarətdir. Bu gün Azərbaycan-Rusiya arasında hər hansı bir fikir ayrılığı yoxdur. Bu özünü bütün sahələrdə göstərib. Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ probleminin həll edilməsi üçün öz səylərini göstərir. Rusiyada böyük bir Azərbaycan İcması yaşayır. Onlar Rusiya həyatının bütün sahələrində önəmli yerlərdədilər. Yəni bunun özü Rusiya dövlətinin Azərbaycanlılara olan münasibətini göstərir. Azərbaycan qarşılıqlı surətdə bir-birimizin iqtisadiyyatımıza investisiya qoyulması yüksələn xətlə davam edir. Qarşılıqlı surətdə bir-birinə olan tələbat mallarının iki ölkənin iqtisadiyyatında əldə etməsi bugünümüzün reallığından ibarətdir. Bu əməkdaşlıq artır və daha geniş sahələri əhatə edir.

Bu gün Azərbaycanın həm neft, həm də qeyri-neft məhsulları Rusiya bazarında daima öz yerini möhkəmləndirir. İki ölkə arasındakı münasibətlərin yaxşı olmasının bir tərəfdən səbəbi tarixi münasibətlərdirsə, digər tərəfdən səbəbi Prezidentlər cənab İlham Əliyev və cənab Vladimir Putin arasında yaxşı şəxsi dostluq münasibətlərinin olmasıdır. Cənab Prezidentimizin bu günlərdə Rusiyanın Soçi şəhərində "Valday" Diskussiya Klubunda çıxışı, onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü bir daha göstərdi ki, bizim münasibətlərimiz bundan sonra da yaxşı olacaq və biz əməkdaşlığı gücləndirəcəyik, bir-birimizin porblemlərinin həllində yardımçı olacayıq və beynəlxalq aləmdə yaxşı dost, qardaş ölkələr kimi birgə fəaliyyət göstərəcəyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...