Necə xatirələr. Görünür, dağıdıcı düşərgənin satqın və mənəviyyatsız "liderləri", bütünlüklə erməniləşiblər. Çünki bu günlərdə işğalçı ölkənin faşist baş naziri Nikol Paşinyan özündən əvvəlki rəhbərlərin nə qələt etdiklərini bir-bir açıb tökdü. İndi də erməniyə "dayı" deyən dağıdıcı düşərgə "liderləri" dəstədən geri qalmamaq üçün açmadıqları "xatirələr"ini dilə gətirdilər. Elə bu yerdə öz-özümə sorğu etdim: əcəba, ölümə gedirlər? Belə də sual olar? Necə ola bilər ki, Paşinyan ötənləri açıb deyir, erməniyə gecə-gündüz nökərçilik edən Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı, C.Həsənli, L.Yunus və ürəyim çəkildi bu əxlaqsızların adlarını çəkməklə, ürəkləri çəkilsin, birdir, ikidir. Ağrı dağı boyda daş düşsün, bunların başlarına. Nə isə... Çünki bu gün o "xatirələr"ini danışanlar 2003-cü ildən artıq arxivə atılıb, fatihələrini də xalq verib. Bəlkə də bu sualın heç yeri deyildi. Çünki 25 ildir, ölü olduqları kimi, təfəkkürləri də elə ölüdür və 25 ildir "bəlkə də qaytardılar" xəyalı ilə yaşayırlar. İndi isə, gördülər ki, müstəqil, güclü ölkə və onun XALQ-LİDER birliyi var, haqdan və xalqdan da qaçmaq olmaz. Belə olan halda, əlləri hər şeydən üzülərək, başlayıblar Paşinyansayağı ötənləri xatırlatmağa.

"Ümid" partiyasının sədri İ.Ağazadə "Azadlıq salnaməsi"ndən danışaraq, Müsavatın qurultayərəfəsi, başqanlıq uğrunda başyarma getdiyi ərəfədə, bir daha yenidən sosial şəbəkədə A.Hacılı ilə 15-16 oktyabr 2003-cü il hadisələrini yada salaraq, özünü müxalifətin "ən güclü lideri" kimi təqdim etməsi, sabiq başqan İ.Qəmbəri qorxaq adlandırması gərginiliyi daha kəskin hala gətirib çıxarıb. İndiki başqan A.Hacılı da guya "tərəfkeşlik" edərək, İqbalı "səviyyəli" olmağa çağırıb. Bu çağırışın da səbəbi bəllidir, yəni İsa bəy, mən səni "müdafiə" edirəm, sən də başqan olmaqdan əl çək. İqbal müsavatdakıları "səviyyəsizlər səviyyəsizlərin yanında olar" deyib, xalqdan oğurlanan pulları qadınların alt paltarında hara qaçırdıqlarını soruşmaqla, cavabını da özü verərək, deyib ki, əlbəttə, milyonlarla dollar Arif Hacılının cibinə gedib.

Elə bu "xatirələrə" qoşulan sabiq müdafiə naziri Rəhim Qazıyev İsa Qəmbərlə Cəmil Həsənlinin həqiqətlərdən qaçdığını, 3 milyon dollar pulu aradan çıxardıqlarını deyib: "AXC-Müsavat rəhbərləri bünövrədən satqın olublar. Ləkəli və satqın olan bu dozanqurdlu həyasızlar Paşinyandan da həyasızdırlar".

Bunun ardınca AXP sədri Pənah Hüseynli isə müxalifət "dostlarını" elə "mat" etdi ki, necə deyərlər, üzlərinə tüpürsəydi, ondan yaxşı idi: "Yaranmış vəziyyətlə dəqiq demək lazımdır. Nəinki 15-16 oktyabrda, bu günə qədər olanların bir adı var: MƏĞLUBİYYƏT. Öz miqyasına və nəticələrinə görə ağır məğlubiyyətdir". P.Hüseynin sonrakı sözü isə, bir daha müxalifətin bu günə kimi nə düşüncəsi, nə də təfəkkürü dəyişib. İlan qabığını atır, ağaclar yarpağını tökür, yer örtüyünü dəyişir. Ancaq nə ilan ölür, nə ağac quruyur, nə yer dağılır. Tanrınınkı Tanrıya, şeytanınkı şeytana dönür, biz də elə".

Bax, budur, pas atmış müxalifətin düşüncəsi. Siz nə ilansınız, nə ağac. Siz şeytan və iblissiniz və bir illik hakimiyyət dövrünüzdə xalqa və dövlətə elədiklərinizə görə, Tanrı sizi heç vaxt bağışlamayacaq. Ağrıdağ boyda başınıza elə böyük bir daş düşsün ki, səsiniz... yerin altından belə gəlməsin!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə