Ermənistan ordusunda nəzarətsiz vəziyyət

Dağlıq Qarabağın şimal-şərq hissəsindəki döyüş mövqelərindən birində fövqəladə hadisə baş verib. SİA Ermənistana məxsus shamshyan.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, naməlum şəraitdə Ermənistan əsgərində güllə yarası aşkarlanıb.

Məlumatda deyilir ki, bir neçə ay əvvəl hərbi xidmətə götürülmüş İrəvanın Noraqux rayon sakini Ayk Xaçatryan, səhər saat 06: 00-dan 06: 30-dək qarnında güllə yarası və son dərəcə ağır diaqnozlarla hərbi xəstəxanaya çatdırılıb. Güllə yarasının hələ də məlum olmayan səbəbdən olduğu məlumatda qeyd edilir.

Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan Facebook səhifəsində bu barədə yazıb. Onun yazdığına görə, hələ də naməlum şəraitdə güllə yarası aldığı bildirilən əsgər Ayk Xaçatryanın vəziyyəti ağırdır və mümkün olduğu təqdirdə o İrəvana çatdırılacaq. Əslində, Müdafiə Nazirliyinin sözçüsü dolayısı ilə etiraf edir ki, Ermənistan ordusunda vəziyyət nəzarətdə deyil və naməlum şəraitdə güllə yarası aldığı barədə yazmaqla bunu təsdiq edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...