İnqlab xəstəiyi Ermənistanı məhvə sürükləyir

İnqilab xəstəliyi Ermənistan dövlətçiliyinin institusional əsaslarının durmadam məhvə sürükləyir. SİA xəbər verir ki, bunu eks-prezident Robert Koçaryan deyib.

Məlumatda qeyd olunur ki, Ermənistanın ikinci prezidenti, müharibəni iqtisadiyyatın çöküşü, enerji böhranı və bütün Ermənistan vətəndaşlarının böyük əziyyətlərə düçar olmasına səbəb olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, güclü dövlətçilik olmadan müstəqillik təmin edilə bilməz və bu gün Ermənistanda illər boyu qan bahasına qurulmuş dövlətçiliyin məhv olma təhlükəsi qarşısındadır. Eks-prezidentin sözlərinə görə, İnqilab xəstəliyi dövlətçiliyin institusional əsaslarının məhvə sürükləyir, ənənəvi milli dəyərləri məhv edir, dözümsüzlük və qarşılıqlı nifrət aşılayır.

“İnanmaq istəyirəm ki, Ermənistan cəmiyyəti qarşıdan gələn təhlükələrə qarşı çıxmağın vacibliyini dərk edir. Cəmiyyət bu imtahandan qalib çıxmaq üçün daha güclü və ağıllı olmalıdır ki, qaranı ağdan, yalançını həqiqət axtarandan fərqləndirsin və zənnimcə, cəmiyyət təkəbbür populizmini məsuliyyətli siyasətdən ayırmaq üçün artıq vacib təcrübə qazanıb”, deyə Robert Koçaryan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə