Əli Kərimli trolları tərəfindən ifşa olundu

AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun Əli Kərimlinin idarə etdiyi "WhatsApp" qapalı trollar qrupuna göndərdiyi səsyazısı Əli Kərimlinin trol şəbəkəsini ifşa edib.

SİA AXCP fəalı Rəşid Turabovun səsyazısından bəzi məqamları diqqətinizə təqdim edir: "Çalışmalarımız zəifdir. Bir çox cəbhədaşlarımız var ki, oturub bu qrupda. Əsəblərim artıq partlayır. Kim cəbhəçi ismini daşıya bilmirsə, desin ki, daşıya bilmirəm. Sadəcə protokollarda cəbhəçi adını daşımaqla heç nə əldə edə bilməzsiniz. Zatən, biz monitorinq aparırıq və kimin nə iş gördüyünü bilirik. Uşaq oyuncağı ilə oynamırıq burada.

Mən, Ayaz Məhərrəmli, Süleyman, Mahir bəy ora-bura qaçırıq. Amma Vasif Müzəffərovu görmürük. Rahad bəyi ildə-ayda bir dəfə görürük. Digər dostlarımız var ki, onları görmürük. Əgər sizi görmürüksə, siz nə üçün varsınız? İsgəndər bəy deyir ki, mən feministəm, çıxır gedir dənizə. Sən burada cəbhəçi ola bilirsənsə ol, ola bilmirsənsə, get, harada istəyirsən feminist ol.

Əgər sizdən bir şey olmayacaqsa, gedim yeni üzvlərə vaxtımı sərf edim, bəlkə onlarla nə isə alındı. Bezdirmisiniz artıq. Mən niyə hər dəfə xəbərdarlıq yazmalıyam. Mən səni Əli bəyin səhifəsində görmürəm. Bəs nə işlə məşğulsunuz?

İsgəndər bəy feministdir, gedir jurnalist qızlarla pivə vurur. Çox gözəl, heç olmazsa, gəl, Əli bəyin statusunun altında yaz. Vasif bəy, bəs sən hardasan? Heç olmazsa gəl Əli bəyin statusunun altında yaz, qisasını al. Şüvəlan qrupundan Natiq, Tahir bəyi görmürük. Rəşad, Lütvi bəy sizi də görmürük. Biz sizin də yükünüzü daşımalıyıq?".

Bir məqamı da diqqətinizə çatdıraq ki, AXCP-də trolların komandanı, yəni trolbaşı Əli Kərimli özüdür. Köməkçiləri Məmməd İbrahim, İlham Hüseyn və Emil Səlimovdur. Onların da müavinləri var. Rəşid Turabov müavinlərdən biridir. Amma hansı köməkçinin müavini olduğunu müəyyən edə bilmədik. Lakin onu da anladıq ki, trol şəbəkəsinin fəaliyyət strukturu ABŞ Dövlət Departamentindən götürülüb )))

Səs yazısının linkini saytımızın izləyicilərinə təqdim edirik:

https://m.facebook.com/logged_out/watch/?video_id=506466286834885&refsrc=https%3A%2F%2Fm.facebook.com%2Fstory.php&_rdr

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...