Paşinyanın fərqli vədləri və sözləri arasında təzadlar

Təəssüf ki, Ermənistanın xarici işlər naziri və müdafiə naziri nəzakətsiz şərtlər daxilində, cəhalət şəraitində işləməkdə davam edirlər. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Karyak Media” QSC-nin baş direktoru Aram Antinyan öz Facebook səhifəsində yazıb.

Məlumatda deyilir ki, “Karyak Media” QSC-nin baş direktoru öz Facebook səhifəsində baş nazir Nikol Paşinyanın, eləcə də xarici işlər naziri və müdafiə nazirinin xarici siyasət kursunun təzadlarla dolu olduğunu yazır.

Həmçinin, məlumatda qeyd olunur ki, öz səhifəsində baş direktor Nikol Paşinyanın danışıqlar prosesində mövqeyinin də təzadlarla dolu olduğunu gizlətmir. Onun yazdığına görə, bu həmin Paşinyandaır ki, bir tərəfdən atəşkəsin minimuma endirilməsi üçün əldən-ayaqdan gedir, Azərbaycan xalqına sülh üçün yalvarır, digər tərəfdən bunun əksinə addımlar atır. O, həmçinin öz səhifəsində qeyd edir ki, son bir il yarım müddətdə Ermənistanın baş naziri tərəfindən verilən vədlər, deyilən sözlərlə əməllər arasında ciddi təzadlar danılmazdır.

Qeyd edir ki, bu qarışıqlıqda Ermənistanın baş naziri və müdafiə nazirinin fərqli ifadələri, fərqli açıqlamaları olub və bunlar bir-birinə tamamilə ziddir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...