Ermənistan ekoloqları qlobal ekoloji hərəkata, Amulsara görə keçirilən aksiyaya qoşulublar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, aksiyaçılar, " başqa bir yer planeti yoxdur", "Başqa Ermənistan yoxdur, başqa Cermuk, başqa Qndevan, başqa Amulsar yoxdur" şüarları ilə çıxış ediblər.

Məlumatda qeyd olunur ki, ekoloji hərəkat çərçivəsində, erməni ekoloqları Amulsarın müdafiəsi üçün Milli Akademik Opera və Balet Teatrının binasından aksiyaya başlayıblar.

“Biz Ermənistanda qlobal ekoloji hərəkata qoşuluruq. Bizim bugünkü mübarizəmiz Amulsar dağını qorumaq məqsədi daşıyır və mədən sənayesində dəyişikliklərin tez baş verməsini tələb edirik", deyə yürüş başlamazdan əvvəl Ermənistan Ekoloji Cəbhəsinin nümayəndəsi Anna Şaxnazaryan bəyan edib.

Erməni Ekoloji Cəbhəsinin digər bir nümayəndəsi Levon Qalstyan, Amulsar probleminin 2010-cu ildən bəri ekoloqların diqqət mərkəzində olduğunu və Amulsar dağının xilas edilməsi üçün onlar tərəfindən çoxsaylı tədbirlər görüldüyünü vurğulayıb.

Levon Qalstyanın sözlərinə görə, 2018-ci ilin məlum siyasi hadisələrindən sonra ekoloqlar Ermənistan hökumətinin yeni bir yanaşma tətbiq edəcəyinə və Amulsar mədəninin istismar edilməyəcəyinə ümid edirdilər. Ancaq bu baş vermədi, çünki keçən yay Cermuk sakinləri Amulsara aparan yolları bağladılar.

Levon Qalstyan qeyd edib ki, Cermuk sakinləri Amulsara gedən yolda maneə yaratmasaydılar, ekoloqlar ayağa qalxmazdı. O, tələb olaraq bildirib ki, Amulsar mədən kimi işlədilməyəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...