“Selcanın bütün dedikləri doğrudur, bizim “ailə”də şiddət olub” NÖBTƏTİ ŞOK!

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ikinci qızı Sanay Yağmur bacısı Selcan Yağmurun yazdığı məlum statusla bağlı dəstək ifadələrini ifadə edib. SİA xəbər verir ki, o, “Facebook” profilində paylaşdığı postda bu statusu paylaşıb:“Selcanın bütün dedikləri doğrudur. Kimin nə deməsindən asılı olmayaraq, bizim “ailə”də şiddət olub”.

Onu da qeyd edək ki, Sanay Yağmur statusunu #QadınaŞiddətəSon, #Susma, #MeTooAzerbaijan həştəqlərı ilə yayımlayıb.

Xatırladaq ki, Selcan Yağmur atası Fuad Qəhrəmanlıdan imtina etməsi, hətta onun soyadını belə daşımaq istəməməsi ilə bağlı status dərc edib. Lakin dərhal mətbuata çıxıb, guya qızının profilinin oğurlandığını və paylaşımın həqiqətə uyğun olmadığını deyən Əli Kərimlinin müavininin sözlərini elə öz qızı Selcan ifşa edib, yalanlayıb. Belə ki, profilinin oğurlanmadığını və statusu özünün yazdığını deyən Selcan Yağmur daha sonra F.Qəhrəmanlı qızının bu fikri böyük emosional gərginlik halında yazdığını söyləyib.

Xatırladaq ki, bu il avqust ayının 1-də Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı Abşeron rayon məhkəməsində yetkinlik yaşına çatmayan qızının anası ilə qalması şərti ilə nikahın pozulmasına dair iddia qaldırıb.

Qeyd edək ki, artıq AXCP rəhbərliyinə qarşı müxtəlif siyasi çevrələrdən sərt ittihamlar səsləndirilir, hakimiyyətə yiyələnmək iddiasında olan şəxslərin diktatura rejimi idarəçiliyində maraqlı olduqları ilə bağlı iddialar irəli sürülür. Maraqlıdır ki, artıq nə F.Qəhrəmanlı, nə də onun sədri Əli Kərimli baş verən hadisələrlə bağlı heç bir fakir söyləməyərək, ictimai rəydən gizlənməyə çalışırlar.

R.RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...