YAP Binəqədi rayon təşkilatı Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi və gənc fəallarının iştirakı ilə, Milli Musiqi Günü ilə əlaqədar, Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edilib.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Sədrəddin Sadıqov ekskursiya iştirakçılarını salamlayaraq, muzeyin tarixindən danışıb və buradakı eksponatlar haqqında qısa məlumat verib. Daha sonra ekskursiyanın bələdçisi iştirakçılara ətraflı məlumat verərək bildirib ki, Azərbaycan Milli İncəsənət Muzeyi - Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır: «1936-cı ildə əsası qoyulmuşdur. Muzey Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada - "De Burun Sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Burada XVIII, XIX, XX əsr Azərbaycan sənətkarlarının işləri ilə yanaşı, orta əsrlərin müxtəlif dövrlərinə aid xalq tətbiqi sənət nümunələri, xüsusilə, Azərbaycan xalçalarının müxtəlif qruplarına aid olan nadir növləri, həmçinin, arxeoloji qazıntılar zamanı əldə edilmiş unikal sənət əsərləri, orta əsr geyimləri, məişət əşyaları və s. sərgilənir.»
Ekskursiyada çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan Milli İncəsənət Muzeyinin Azərbaycanın tarixindəki əhəmiyyətli rolunu vurğulayıb.
Daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan "Güllələnmiş heykəllər" ziyarət edilib.
Sonda xatirə şəkli çəkilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...