Mazoxisrlik, sadizm və manyaklıq “dəyərləri” ANALİTİK+FOTO

Nahid cəfərov: “Onu müdafiə edənlər ölkəyə diktatura gətirəcəklər, demokratiya deyil”

AXCP sədri Əli Kərimlinin və ətrafının “insan hüquqları” adı altında var-gəl edib, ətraflarını aldatmaq cəhdləri ölkə sərhədlərinin hüdudlarından kənarda fəaliyyət göstərən bir sıra müxalifətyönlü qrup və təşkilatların da hiddətinə səbəb olmaqdadır. Daha dəqiq desək, artıq nə Ə.Kərimlinin nə də müavinlərinin, yaxın ətrafının əsas məqsədlərinin heç də “insanlıq dəyərləri”, “vicdan” və “ləyaqət”maraqları üzərində olmaması onlarla eyni baxışlardan çıxış edən cinahlar və ayrı-ayrı fərdlər tərəfindən də sərt şəkildə qınanılmaqdadır.

AXCP sədri Əli Kərimli və yaxın ətrafı heç də insanlıq dəyərləri uğrunda mübarizə aparmırlar

Əsasən, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının öz ailəsinə, həyat yoldaşına və qız övladlarına qarşı törətdiyi amansız şiddət və sadizm hərəkətləri ətrafında ittihamlar səngimir. Belə ki, Avropada yaşayan sabiq diplomat, “Oyan” hərəkatının aparıcı üzvlərindən biri olan Nahid Cəfərovun “Facebook” sosial şəbəkəsində yazdığı status da bu və bu kimi digər fikirləri təsdiq etməkdədir.

SİA xəbər verir ki, N.Cəfərovun apardığı qeydlərinə görə, AXCP sədri Əli Kərimli və yaxın ətrafı heç də insanlıq dəyərləri uğrunda mübarizə aparmırlar və hakimiyyətə qarşı sözdə müxalifətçilik etmələri sadəcə görtüntü xarakteri, yaxud tərəfdarlarını aldatmağa hesablanmış qeyri-səmimilik reallığını daşımaqdadır.

İndi cəbhəçilər gündəmi dəyişmək üçün əlindən gələni edəcəklər, buna uymayın

SİTAT: “Hakimiyyətə qarşı mübarizə aparmaqla dəyərlər uğrunda mübarizə aparmağın fərqini bi yazı sizə göstərəcək. Fuad Qəhrəmanlı, Əli Kərimli və Səadət Cahangir (əgər vəzifəsi varsa) dərhal istefa verib vəzifədən getməlidirlər. İndi cəbhəçilər gündəmi dəyişmək üçün əlindən gələni edəcəklər, buna uymayın. Bu bir daha göstərir ki, bu insanlar saxtadırlar və onların apardıqları mübarizə də saxtadır. Liberal dəyərlər, insan hüquqları və ifadə azadlığının nə demək olduğunu bilməyən insanlar, ailəsində diktatorluq edən, öz şəxsi övladının, həyat yoldaşının hüquqlarını malik olduğu fiziki güclə boğan bir insan və onu müdafiə edənlər ölkəyə diktatura gətirəcəklər, demokratiya deyil”.

Beləliklə, görünən həm də budur ki, artıq sözügedən məsələ hətta düşərgə cinahlarında fəaliyyət göstərən şəxslər tərəfindən də sərt şəkildə qınanılmaqda və eyni zamanda əsl həqiqətlər üzə çıxmaqdadır. Bu baxımdan, hələ də AXCP sədri Ə.Kərimlinin yanında olub, utopiya xarakterli xəyallara dalanlar nə qədər gec deyilsə, sadizm, qəddarlıq və mazoxistlik dəyərlərinə sadiqlik, simpatiya nümayiş etdirən manyakların əllərindən zamanında qurtulmalıdırlar!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...