Amulsara görə daha bir etiraz aksiyası

Ermənistanda Amulsarın istismarına qarşı etiraz daha bir aksiyası keçirilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, aksiya iştirakçıları "Amulsar yalnız bir dağdır!", "Lidian, get!" şurları ilə çıxış edirlər.

Məlumatda qeyd olunur ki, bu gün səhər tezdən etibarın Cermuk, Qndevaz və qonşu icmaların sakinləri Amulsarın müdafiəsinə qalxıblar. Amulsar mədəninin istismarına qarşı aksiyaya dərslərin boykot etmiş məktəb şagirdlərinin qoşuduğu da məlumatda öz əksini tapır.

Jermuk sakinlərindən biri aksiya zamanı bəyan edib ki, əgər baş nazir Nikol Paşinyan mədənin işləməli olduğunu söyləməyə davam edərsə, Cermuk sakinlərinin hamısının beynəlxalq instansiyalarda Ermənistan Respublikasına qarşı iddia qaldırmasını şəxsən özü təşkil edəcək.

Amulsar mədəninin istismarına qarşı mübarizəyə biznesmenlər də qoşulublar. Onlar sual edirlər ki, əgər Amulsar mədəni istismara veriləcəksə, bu mağazalar kimə lazımdır və burada insanlar nə edəcək, hara gedəcək?

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...