Sanitek də Ermənistan meriyasını günahlandırdı

Sanitek direktoru İrəvan meriyasını təxribat etməkdə, "tullantıların düzgün idarə edilməsinə müdaxilə" etməkdə ittiham edir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, küçələrin tullantılardan və zibildən təmizlənməsi Ermənistan paytaxtında problem olaraq qalır.
Məlumatda qeyd olunur ki, öz növbəsində Sanitek, şirkətin işini təşkil etməsi üçün lazımi şəraitin olmamasından şikayətlənir.
Paytaxt küçələrinin günlərlə zibildən təmizlənməməsi barədə rəsmi son bəyanata cavab olaraq Sanitek şirkəti bildirir ki, meriyanın bacarqsızlığı ücbatından öz işçilərinə təqribən 330 milyon dram, yəni 700 min dollar ödəyə bilməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...