"Məqsədimiz Azərbaycanı qloballaşma prosesində mərkəzə çevirməkdir" ÖZƏL-MÜNASİBƏT- SƏS TV

"25 il öncə Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Əsrin müqaviləsi” nəticəsində Azərbaycan regionun enerji mərkəzi olmaqdadır. Bu konsepsiyanın, proqramın və bu hədəfin davamı olaraq “AzerTelecom” şirkəti də Azərbaycanı bu regionun Rəqəmsal Mərkəzinə, Rəqəmsal “Hub”ına (Xab) çevrimək üçün “Azerbaijan “Digital Hub” proqramını icra edir". Bunu SİA-ya açıqlamasında “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev deyib.

"Bu proqramın əsas məqsədi Azərbaycanda infrastruktur yaratmaq və ətraf ölkələrin telekom şirkətləri ilə əlaqə qurmaqla ölkəmizi həm Rəqəmsal İpək Yolu marşrutu boyunca mərkəzə çevirmək, həm də gələcəkdə burada inşa olunan yeni regional Data Mərkəzində böyük kontent operatorlarını gətirməklə kontent, internet mərkəzləri olan Frankfurt, Sofiya, London, Amsterdam və digər bu kimi şəhərlər sırasına Bakı şəhərini də əlavə etməkdir. Ümumilikdə bu proqramın icrası həm Azərbaycanın iqtisadi cəhətdən inkişafına, həm də ölkəmizin özünün rəqəmsal iqtisadiyyata keçidində infrastrukturun qurulmasına öz töhfəsini verəcəkdir. Çünki bu gün biz Dördüncü Sənaye İnqilabı dövründə yaşayırıq. Məqsədimiz bu infrastrukturu yaratmaqla Azərbaycanı qloballaşma prosesində bir mərkəzə çevirmək və gələcəkdə Regionun Rəqəmsal Mərkəzi olmaqdır”-deyə, F.Allahverdiyev fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...