Xalq və millət faktoru bu tör-töküntülərə nifrət bəsləməklə yanaşı, rədd edir! FOTOFAKT

Əli Kərimlinin trolları yenidən satqınçılıq və xəyanət yolunda

AXCP sədri Əli Kərimlinin trollarının opnun özü qədər mənəviyyatsız və heç bir insanlıq faktoruna aidiyyatı olmayan ünsürlər toplumu olmaları kimsəyə sirr deyil. Xüsusilə, Ə.Kərimlinin dövlət, vətən, xalq, millət amillərindən yalnız öz məqsədləri üçün istifadə etməsi, mitinqlərində boğazdan yuxarı şüarlar səsləndirməsi də özündə heç bir səmimiyyəti ifadə etmir.

Ümumiyyətlə, Ə.Kərimlinin vaxtilə liderinə xəyanət edərək, zəbt etdiyi, işğala məruz qoyduğu AXCP-də trolları tərəfindən bütləşdirilməsi prosesi də diqqətdən yayınmır.

Çünki bir üsnürlərin ki “liderləri” Əli Kərimlidir onda hər şey gün kimi aydın olur

Sosial şəbəkələrdə onu necə deyərlər, mədh edib, dərə-təpələrin başına qaldıran bəyciyəzlər və xanımcığazlar hətta torpaqlarımız uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan, bu gün cəbhə xəttində səngərlərdə vətən torpaqlarını göz bəbəyi kimi qoruyan, Qarabağımızın azadlığı uğrunda əməliyyatları səbirsizliklə gözləyən qəhrəman əsgərlərimizi təhqir etmək qədər xəyanətkarlıqlarını nümayiş etdirməkdədirlər. Əslində bu da təəccüb doğurmur. Çünki bir üsnürlərin ki “liderləri” Əli Kərimlidir onda hər şey gün kimi aydın olur. Biz, 2016-cı ilin Aprel zəfərində AXCP sədrinin şantaj və böhtan dolu ifadələrinin erməni KİV-lərində yayılmasını xatırlaya, o cümlədən, onun “Milli Şura”dakı quyruqbulayanlarının da bənzər satqınçılıqlarla erməni dəyirmanına necə su tökmələrini yada sala bilərik.

Xalıq söyür və təhqir edirər

Bu arada, daha bir fakt da nəzərdən qaçmayıb. Belə ki, Ə.Kərimlinin trolları yenidən əvvəllər olduğu kimi mitinqlərinə qatılmayacaq insanları təhqir edir, müxtəlif ittihamlar səsləndirirlər. Bu, həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, onlar “liderləninin” çirkin ambisiyalarını reallaşdırmaqdan ötrü nəinki xalqı, hətta öz doğmalarını satmağa, təhqir etməyə hazırdırlar. Belə ünsür və tiplərin isə nəinki hakimiyyətə gəlməyə, heç müxalifətdə də təmsil olunmalarına ixtiyarları yoxdur. Çünki xalq, millət faktoru bu tör-töküntülərə nifrət bəsləməklə yanaşı, rədd edir!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...