YAP Xızı rayon təşkilatı idarə heyətinin geniş tərkibdə iclası keçirilib

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı idarə heyətinin geniş tərkibdə iclası keçirilib. 2019-cu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədər YAP Xızı rayon təşkilatının seçki qərargahında fəaliyyət göstərəcək qərargah üzvlərinin təyin edilməsi barədə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev məruzə ilə çıxış edib.Fərrux Haqverdiyev 2019-cu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədər rayon seçki qərargahının göstərəcəyi fəaliyyət barədə məlumat verib. Sonra rayon seçki qərargahına təyin edilməsi nəzərdə tutulan üzvlərin adlarını iclas iştirakçılarının nəzərinə çatdırıb.Məruzə ətrafında Arzu Əzizov, Oqtay Abdullayev, Bəhdaş Nəbiyev və Svetlana Rüstəmova çıxış ediblər.2019-cu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədər YAP Xızı rayon təşkilatının rayon seçki qərargahı 9 nəfərdən ibarət seçilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...