Emin Həsənli: “Müxalifət maliyyə cəhətdən xarici qüvvələrdən asılıdır” RƏY-ÖZƏL

“Hər zaman olduğu kimi, müxalifət düşərgəsini təmsil edən şəxslər özlərini reklam etmək məqsədi ilə lazımsız aksiyalar keçirmək istəyirlər”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, demək olar ki, bu aksiyaların keçirilməsi cəhdləri iki başlıca məqsədə xidmət edir: “Birincisi, xaricdəki anti-Azərbaycan qüvvələr ölkəmizin inkişafından narahatdırlar və görülən işlərə kölgə salmaq məqsədilə pozucu ələ baxım müxaliflərdən istifadə edirlər. Yerli və xarici məkrli dairələr nəyin bahasına olursa-olsun Azərbaycanın sürətli inkişafına əngəl olmağa can atırlar. Bütün bunlar artıq sirr deyil, ağlı başında olan hər bir azərbaycanlı bunu görür və qavrayır. İkinci məqsəd isə xaricdən maliyyə əldə etməkdir. Dağıdıcı müxalifət anti-Azərbaycan ölkəmizin uğurlarından narahat olduqlarını bildiklərindən onlarla əməkdaşlıq edirlər. Bunla da məkrli qüvvələrin imkanlarından yararlanaraq milyonlar qazanmaq fürsətini əldən vermək istəmirlər. Belələri üçün yalnız bir anlayış var: Necə olur-olsun, nələr qurban verilir-verilsin, ta ki, o çoxlu vəsait əldə etsin. Əminəm ki, əvvəllərdə olduğu kimi, yenə onların bu fəaliyyətləri sonda iflasa məhkumdur. Çünki onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...