Mais Səfərli: “Müxalifətin aksiya keçirməsi yolverilməzdir ” RƏY-ÖZƏL

“Bildiyiniz kimi, qarşıdan seçkilər ili gəlir”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, gələn il Azərbaycanda parlament seçkilər ilidir. Bu ilin sonunda isə bələdiyyələrə seçkilər keçiriləcək: ““Milli Şura” deyilən qurumun başqa heç bir siyasi fəaliyyəti yoxdur. Əslində elə həmin qurum AXCP-dən ibarətdir. Yəni orda başqa siyasi təşkilatlar təmsil olunmayıbdır. Artıq AXCP-də iflasa uğramış bir təşkilatdır. Demək olar ki, indi onlar bu seçkilər ərəfəsində fəallaşırlar ki, Qərbin müəyyən dairələrinin diqqətini özlərinə cəlb etsinlər və bununla da özlərinə müəyyən maliyyə qaynaqları əldə etsinlər. Düzdür, Azərbaycanda istənilən siyasi partiyalara hüquq verilib ki, onlar istənilən kütləvi tədbirlər keçirə bilərlər. Ən çox da yeri gəlmişkən bu hüquqdan elə müxalifət partiyaları istifadə edib və etməkdədirlər. Bu günləri müxalifət tərəfindən yersiz aksiyaların keçirilməsinə heç bir ehtiyac yoxdur. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən qüvvələr çalışırlar ki, mitinq keçirsinlər və həmin keçirdiyi mitinqlərlə gündəmə gəlsinlər. Yəni bu cür anormal mitinqlər vasitəsi ilə “bizdə varıq” demək istəyirlər. Amma nə etmələrindən asılı olmayaraq onlar nəyə isə nail ola bilməyəcəklər. Çünki sözügedən bu qüvvələrin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda onlar hansı mitinqlərin keçirilməsindən danışırlar? Bir sözlə, hər zaman olduğu ki, müxalifətin bu dəfə ki mitinqləri də uğursuzluğa düçar olacaqdır. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin uğurlu inkişafına qısqanclıq hissi ilə yanaşan qüvvələr var. Həmin qüvvələrində məqsədi ölkəmizin uğurlarına kölgə salmaq və nə isə xoşagəlməz bir vəziyyət yaratmaqdan ibarətdir. Amma onlar heç vaxt öz məkrli istəklərinə çatmayacaqlar”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə