Nikol Paşinyan Vanesyanın öz fəaliyyəti müddətində qara işlərlə məşğul olduğunu bildirib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Paşinyan özünün Facebook səhifəsində yazıb.

Məlumatda qeyd olunur ki, Nikol Paşinyanın öz Facebook səhifəsində istefalarla bağlı fikirlər yazması, əslində, onun Vanesyana cavabıdır. Maraqlıdır ki, Valeri Osipyan da istefa ərizəsində zabit şərəfi barədə qeyd edib, amma onun açıqlamasını baş nazir Vanesyanın bəyanatı qədər ziddiyyətli hesab etməyib.

Həmçinin o da qeyd olunur ki, Vanetsyanın açıqlaması barədə mətbuat konfransında baş nazirə açıq bir sürpriz olub və bu zaman o əvvəlcə oxumadığı açıqlamaya münasibət bildirə bilməyəcəyini söyləsə də, ardınca, Vanesyanın zabit şərəfində problemlər ortaya çıxdığını müşahidə etmədiyini deyib.

Ümumiyyətlə, baş nazir mütəmadi olaraq hüquq mühafizə orqanlarının fəaliyyətindən şikayətlənir. Bu dəfə də Vanesyanın öz fəaliyyəti dövründə qara işlərlə məşğul olduğunu yazmaqla ona qara yaxıb. Hərçənd, sual oluna bilər ki, əgər məmurun qara işlərlə məşğul olduğunu bilə-bilə onun bu hərəkətlərinə niyə göz yumub?

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə