Paşinyanın xarici siyasət taktikası lağ hədəfinə çevrilib

Ermənistanın baş nazirin xarici siyasət bagajının mahiyyətini hamı bilməlidir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Ashotyan bu gün öz Facebook səhifəsində məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Armen Ashotyan Ermənistanın baş nazirinin hazırda AB-dən getməkdə, BREXİT proseində olan səfirlə Ermənistanın Avropa Birliyi ilə münasibətləri müzakirə etməsini ələ salır. Partiya sədrinin müavini öz Facebook səhifəsində “indiki baş nazirin xarici siyasət baqajının mahiyyəti” barədə yazdıqda məhz onu bir növ lağa qoyur. Baş nazir Nikol Paşinyanın Ermənistandakı diplomatik fəaliyyətini başa vuran Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cudit Farnuortla Ermənistan hökumətinin prioritetləri, habelə Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələləri müzakirə etməsi onu haqlı olaraq lağ hədəfinə çevirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...