Paşinyan istefalara don geyindirməyə çalışır

Ermənistanın baş naziri Milli Təhlükəsizlik Xidmətinin direktoru və Ermənistan polisinin rəhbərlərinin işindən guya ki, razı deyilmiş. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu baş nazirliyini aparat rəhbəri Eduard Ağacanyan deyib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan və Ermənistan polisinin rəhbəri Valeri Osipyan Ermənistanın baş naziri tərəfindən vəzifələrindən azad edilib. Eduard Ağacanyan bildirib ki, Vanesyan və Osipyanın fəaliyyəti baş Naziri qane etməyib və istefaların da guya səbəbi elə budur. Halbuki, hər iki məmur istefa qərarını özü qəbul edib və hətta hər ikisi də istefa qərarından sonra “zabir şərəfi” onlar üçün daha üstün olduğunu bəyan ediblər. Bu isə ona işarədir ki, erməni məmurlar Paşinyanın tapşırığının məhz zabir şərəfinə ləkə olacağını nəzərə alaraq baş nazirin tapşırığından və beləliklə də vəzifələrindən imtina edib, istefa veriblər.
Görünür, bu istefaların erməni cəmiyyətində rezonans doğuracağından ehtiyatlanan Paşinyan bu istefalara don geyindirməyə çalışır. Amma məsələ burasındadır ki, bu istefalar artıq Ermənistanda yetərincə rezonans doğurub və hətta müxtəlif dairələrdə də müzakirələrə səbəb olub. Bu rezonansın və bu müzakirələrin erməni baş naziri üçün heç də yaxşı nəticələr verəcəyi gözlənilmir. Əksinə, hadisələrin bundan sonra daha ciddi bir şəkil alacağı günün reallığıdır və məhz Paşinyanı da narahat edən məhz budur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə