Rusiya raket texnologiyası sahəsində Türkiyəyə kömək edəcək

Rusiya raket texnologiyası və kosmik gəmilərin yaradılmasında Türkiyəyə kömək etməyə hazırdır. SİA RİA Novosti-nin verdiyi məlumata istinadən xəbər verir ki, bunu Roskosmosun rəhbəri Dmitri Roqozin söyləyib.

"Əgər Türkiyə ehtiyac duyduğumuz raket texnologiyasını taparsa, deməli müəyyən mühərriklərə bağlı texnologiyaları təmin etməklə kömək etməyə hazırıq. Mühərriklər, idarəetmə sistemləri və daha çox bu kimi bir neçə türk layihəsi üçün fərdi komponentlər təmin edə bilərdik. Burada ciddi bir məhdudiyyət görmürük və bu baxımdan Türkiyə Rusiyanın dəstəyinə arxalana bilər", deyə Roqozin Anadolu-ya verdiyi müsahibəsində bildirib.

O, həmçinin qeyd edib ki, kainat ölkənin təhlükəsizliyi ilə əlaqəlidir və bu xüsusilə Türkiyə üçün aktualdır, çünki ölkənin sərt bir arada olduğu bəllidir. "Buna görə də, orbitə çıxaran kosmik gəminin inkişafı sahəsində Rusiya ilə əməkdaşlıq bizim türk tərəfdaşlarımız üçün çox faydalı olardı. Bu sahədə razılığa gəlməyə hazırıq", deyə Dmitri Roqozin mövqeyini bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə