Ermənistanda hakimiyyəti tərk edənlərin sayı artacaq

Ermənistan hökümətinin hərəkətləri nə qədər çəkisiz, məntiqsiz və mübahisəli olsa, hakimiyyətdən gedənlərin, Paşinyan hakimiyyətini tərk edənlərin sayı da bir o qədər artacaq. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Daşnaksutyun” partiyasının Ali Orqanının üzvü Artur Xaçatryan Milli Təhlükəsizlik Xidmətinin rəisi və polis rəisinin istefasını şərh edərkən deyib.

Bundan əlavə, Daşnaktsutyun nümayəndəsi qeyd edib ki, hakim partiya hələ müxalif olduğu dövrdə bildirdiyi mövqeyə hakimiyyətə gəldikdən sonra 180 dərəcə əks mövqe sərgiləyir. O, vurğulayıb ki, hakim partiyanın bu mövqeyi digər məsələlərlə yanaşı Amulsar məsələsinə də aiddir.

Məlumatda bildirilir ki, Artur Vanesyan və Valeri Osipyanın istefaları barədə danışan Artur Xaçatryan deyib ki, Vanesyanın bəyanatına istinad etdikdə aparılan siyasətdə hakimiyyətdaxili narazılıqların mövcud olduğu bəlli olur.

Ələlxüsus, “Dur” çağırışı ondan xəbər verir ki, general Vanesyan ölkədə tətbiq olunan kursla heç də razı deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...