Paşinyanın siyasi korluğu və karlığı ifliclə nəticələnəcək ANALITIK

Ermənistan ictimaiyyəti və KİV-ləri ayağa qalxır

Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın bütün sferalarda ciddi uğursuzluqlara uğraması barədə yazılarını səngitmir. Əksinə, erməni baş nazirinin “məxməri inqilabından” sonra ölkədə baş verən olayların hər biri incələnərək, bütövlükdə dövlətçiliyin nə qədər böyük təhlükə altında qalması barədə reallıqlar ictimailəşdirilir.

Erməni analitiki: “Paşinyan hakimiyyətə yolları bağlamaqla gəldi və indi də qapıları xalqın üzünə bağlayıb”

SİA olaraq, bu mənada diqqətimizi erməni siyasi analitik yazarı Varqdes Sarqsyanın ter.am saytındakı siyasi məqaləsi diqqətimizi cəlb etdi. Beləliklə, erməni müəllif yazır ki, N.Paşinyan hakimiyyətə yolları bağlamaqla gəldi və baş nazirliyinin ötən müddətində dövlət və xalq qarşısında bütün qapıları bağlamağa imkan tapdı. SİTAT: “Belə bir geosiyasi vəziyyətdə, çətin regionda, başa çatmamış müharibədə biz dalana dirənmiş situasiyaya çoxmu dözməliyik, məgər bizim ölkədə gözləmək üçün resurslar bu qədərmi çoxdur? Biz nə qədər Paşinyanın üzərində dayanmaq istəməsək də, ölkədə minlərlə problem və minlərlə cavabdeh olmasına baxmayaraq, bütün hallarda alınmır. Çünki il yarım ərzində hakimiyyəti institusional kimi formalaşdırmaq mümkün olmadı, belə ki, hər kəs baş nazirin iradəsi və istəyindən asılı olmayaraq, səlahiyyətinə uyğun qanun və çərçivəsində öz işi ilə məşğul olsun. Lakin indiki hakimiyyəti özündə bir şəxs tərənnüm edir ki, o həmin hakimiyyətin gücünün xalq olduğunu bəyan etmişdi. Lakin xalqın inamı aşağı düşürsə, yaxud səndələyirsə, nəticədə hakimiyyət qeyri-stabil və qorxaq şəkildə şoka düşür”.

“Təsəvvürünüzə gətirə bilərsinizmi ki, ölkədə nə baş verəcək?”

Erməni müəllif Amulsar yatağı ətrafında baş verən məsələyə də toxunaraq digər bir ilginc məsələyə nəzər salıb. “Axı neə baş nazirin üzərində dayanmayaq ki, onun komandasından olan deputat Amsuların istifadəyə verilməsinə qarşı çıxır və onu məcbur edirlər ki, mandatını yerə qoysun, hətta bunu nəyə görə etdiyini də danışmasın”, deyə V.Sarqsyan öz yazısında bildirib.

Müəllif digər bir məsələyə də toxunub – hakimiyyət hesabına xarici ölkələri gəzən iqtidar deputatlarına... “Bizim ölkədə hər şey tərsinədir: baş nazir öz komandadakılarına deputat mandatları verib və onları həyatdan zövq almağa çağırıb, dünyanı dövlət pulları, daha dəqiq desək, bizim vergilərimiz hesabına gəzmək, lakin lazım olduğu anda ona canla-başla itaət etmək, əks halda onlar öz mandatlarını bütün imtiyazları ilə birgə itirəcəklər”, V.Sarqsyan yazır.

O, qeyd edir ki, erməni ictimaiyyətində bir qəhrəman və anti-qəhrəman mövcuddur: “Əgər bu adam hər hansı bir səbəb üzündən qarşısındakı öhdəlikləri həll edə bilməzsə, təsəvvürünüzə gətirə bilərsinizmi ki, ölkədə nə baş verəcək?”

“Bu balaca “bonapartcığı” Namaleon Bonapartla eyni səviyyədə tutmaq günah olardı”

“Onun komandası hakimiyyəti əldə saxlaya bilməyəcək”, yazan erməni müəllif həm də onu qeyd edir ki, kontroldan çıxmış proseslərdən sonra ölkə idarə olunmaz vəziyyətə düşəcək: “Paşinyanın qeyri-qanuni və şəxsi qərarına görə, o insanları öz əlində alətə çevirdi və parlamentə qarşı göndərdi, sonradan eyni stillə məhkəmələrlə də davrandı, lakin sonradan başa düşdü ki, bu “alət” daha əvvəlki güc kimi onun əlində deyil. və indi Amulsar olayında həmin “alət” artıq ona qarşı çıxış etdi, özü də onun öz şüar və fəaliyyət stili ilə. Lakin bu balaca “bonapartcığı” Namaleon Bonapartla eyni səviyyədə tutmaq günah olardı, hansı ki, gərək tarixin də verdiyi dərsləri xatırlamaq lazımdır”.

Beləliklə, Napaleon Bonapartın dünyanı fəth etməyə qadir bir sərkərdə kimi sonda necə uduzmağını xatırladan müəllif N.Paşinyanın da son anda rüsvayçı məğlubiyyətə düçar olacağını proqnozlaşdırır. Əbəs deyil ki, məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, artıq Paşinyana yaxın bir neçə KİV-lər istisna olmaqla, Ermənistanın demək olar ki, bütün mediası, sosial şəbəkələri və o cümlədən, ictimai-siyasi xadimləri ölkənin nə qədər sürətli templə iflasa uğraması, xalqın çıxılmaz vəziyyətdə qalması, daxili və xarici siyasətin məhv olması, dövlətçiliyin itirilməsi təhlükəsinin astanada dayanması barədə bar-bar bağırırlar. Görünür, N.Paşinyanda ciddi siyasi korluq və karıq xəstəliyi yaranıb və növbəti zərbəsi ifliclə başa çatacaq...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə