Bako Saakyan da dindirilməyə çağrılıb

Ermənistan Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci ildə 10 nəfərin ölümü və 230 nəfərin yaralanması ilə əlaqədar Bako Sahakyana dindirilməsi üçün dəvətnamə göndərib. SİA Ermənistana məxsus rusarminfo.ru saytının məlumatına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzetində yazı dərc olunub.

Nəşrin yazdığına görə, dindirilmək üçün dəvət general-mayor Samvel Karapetyana da göndərilib. Qəzet bu barədə soruşduqda Bako Saakyanın mətbuat katibi David Babayan məlumatının olmadığını bildirərək cavab verməkdən imtina edib.

Qeyd olunur ki, 1 mart işi ilə əlaqədar təqsirli bilinənlər keçmiş prezidenti Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş KTMT baş katibi Yuri Xaçaturov (o zaman müdafiə nazirinin müavini, İrəvan qarnizonunun rəhbəri) və keçmiş müavin Armen Gevorgyandır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə