Ermənistanın müdafiə naziri David Tonoyan istefası barədə mətbuatda yayılan xəbərləri təkzib edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Tonoyan bunu jurnalistlərə bildirib.

Məlumatda qeyd olunur ki, "Xeyr, belə bir şey yoxdur" deyən Tonoyanın əslində istefa dalğasından qorxusu dərhal jurnalistlərə verdiyi müsahibə ilə özünü təsdiq edib. Həmçinin qeyd olunur ki, Tonoyan Milli Təhlükəsizlik Xidmətinə direktor təyin olunma ehtimalını da rədd edib.

Milli Təhlükəsizlik Xidmətinə direktor təyin olunma ehtimalını da rədd edən Tonoyan "Mən Müdafiə Nazirəm" deyib.

Milli Təhlükəsizlik Şurasının direktoru Artur Vanetsyanın istefasının şərhinə toxunduğu zaman Tonoyan bunun şəxsi qərar olduğunu söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə