"Azərbaycanda böyük neft ehtiyatları mövcuddur" Xoşbəxt Yusifzadə

"Azərbaycanın böyük neft ehtiyatları mövcuddur. Bu gün yeni neft yataqlarının aşkar edilməsi və neft quyularının qazılamsı ilə bağlı işlər davam etdilir". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Yeni Azərbaycan Partiyasında “Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən dəyirmi masada deyib.

X.Yusifzadə bildirib ki, bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatları var.

Onun sözlərinə görə, bu günə qədər Azərbaycan xarici bazarlara 554 mln. ton neft çıxarıb.

X.Yusifzadə bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar bloku istifadəyə verilən gündən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib.

SOCAR-ın Birinci Vitse-Prezidenti əlavə edib ki, Azərbaycanın böyük təbii qaz potensialı var: “Yeni yataqların kəşf edilməsi ilə bağlı işlər davam etdirilir. Bu gün Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Ancaq proqnozlara görə bu rəqəm 6 trilyon kubmetrdir”.

O qeyd edib ki, Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bu günə qədər ümumikdə 2 mlrd. kubmetr qaz nəql edib.

Akademikin sözlərinə görə, Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi davam etdirilir: “TAP layihəsi də artıq başa çatır. Gələn il də bu kəmər istifadəyə verilicək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...