"Əsrin müqaviləsi” Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" YENİLƏNİR -FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərərgahında “Əsrin müqaviləsi” Azərbaycanın yüksəkişinin mohtəşəm təməli" movzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov “Əsrin müqaviləsi” tarixi əhəmiyyətindən bəhs edib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın çətin zamanlarında Ulu öndər Heydər Əliyev bu layihənin reallaşmasına nail oldu. Ölkəmizin müharibə şəraitində olmasına baxmayaraq Azərbaycanı dünyanın enerji mərkəzinə çevirdi. Dünyanın nüfuzlu dövlətlərini və şirkətlərini ölkəmizə cəlb etdi.

Baş nazirin müavini vurğulayıb ki, sazişin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafının əsasını qoydu. Ölkə neftinin dünya bazarına çıxarılması ilə Azərbaycana kapital kütləsinin daxil olduğunu deyən Ə.Əhmədov bildirib ki, valyuta ehtiyatının artması digər sahələrin də inkişafına səbəb oldu.

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi” nin əhəmiyyətindən danışaraq bildirib ki, Ümummilli lider Heydər Əliyev müəllifliyi ilə ərsəyə gələn bu saziş hesabına neft sənayesində də müsbət yöndə dəyişiklik qeydə alındı.

Xoşbəxt Yusifzadənin sözlərinə görə, bununla dənizdə neft quyularının işlənməsi prosesi sürətləndi. Bunun üçün Ulu öndərin tapşırığı ilə xarici şirkətlər Azərbaycana dəvət olundu. Xarici şirkətlərin ölkəmizə cəlb olunması üçün danışıqların intensivləşdiyini deyən SOCAR-ın vitse-prezidenti vurğulayıb ki, bundan sonra Azərabaycan nefti müasir üsullarla çıxarılaraq dünya bazarında satışı təşkil olunub.

X.Yusifzadə bildirib ki, “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin şah əsəridir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə