Məmurun istefasına yenə Paşinyanla mübahisə səbəb oldu

Amulsar qızıl mədəninin istismarına qarşı keçirilən etiraz nümayişlərində iştirakla bağlı Nikol Paşinyanla mübahisələr bu dəfə Ermənistanın polis rəisi Valeri Osipyanın istefası ilə nəticələnib. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Osipyanın güc tətbiq etmədən Amulsarla bağlı tapşırıqlarının yerinə yetirməyin mümkünsüzlüyü barədə fikirləri baş nazirin bu tapşırığı polis qüvvələrinin komandiri Vaqe Kazaryana həvalə etməsi nəticəsində Ermənistan Polis İdarəsinin rəisi, general-mayor Valeri Osipyan vəzifəsindən istefa verib.

Məlumatda xüsusilə vurğulanır ki, bu istefanın Artur Vanesyanın istefasından sonra olması heç də təsadüfi deyil. Görünür, Ermənistanda məmurlarla baş nazir Nikol Paşinyan arasında fikir ayrılıqları bir-birini əvəz edir və hər biri istefa verərək öz etirazını belə ifadə edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə