Komitə sədri Aşura günündə bəzi yerlərdə zəncir vurulmasına münasibət bildirib MÜNASİBƏT

"Azərbaycanda Aşura günü keçirilən mərasimlər çox sakit şəraitdə keçib və hər hansı bir qanun pozuntusuna yol verilməyib". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, həm mömin insanlar, həm də məscidlərdə çalışanlar öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər: “Hər bir vətəndaşımız Aşura günündə sərbəst şəkildə dini mərasimlərdə iştirak etmək imkanı əldə etdilər”.

Dövlət Komitəsinin sədri eyni zamanda bəzi yerlərdə hələ də zəncirvurma hallarının olmasına da münasibət bildirib. O qeyd edib ki, zəncirvurma hadisələri, adətən, Aşura mərasimi keçirilən ölkələrdə özünü biruzə verir: "Bu, dinimiz tərəfindən də qəbul olunmayan haldır. Ancaq, təəssüf ki, bəzi ölkələrdə biz bunu hələ də görürük. Azərbaycanda 15 il və ya ondan əvvələ nəzər salsaq, o zamanlar belə halların çox olduğunu görərik. Aparılan təbliğat nəticəsində hazırda Azərbaycanda zəncirvurmaya çox nadir hallarda təsadüf edilir. O halların da qarşısı imamların müdaxiləsi ilə dərhal alınıb. Hesab edirik ki, bu hallar da keçmişdən qalan qalıq kimidir və gələcəkdə bu cür hallar tam aradan qalxacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...