YAP Cəbrayıl rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti nəticəsində, ölkəmizin ötən illər ərzində, böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, dövlətin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.

Azərbaycan iqtisadiyyatının bir neçə dəfə artdığını bildirən rayon təşkilatının sədri iqtisadiyyatın inkişafının dövlətin sosial siyasətinin daha güclənməsinə zəmin yaratdığını diqqətə çatdırıb: "Bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə ölkəmizdə əməkhaqları, təqaüdlər, sosial müavinətlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artılıb. Ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz lazimi diqqəti göstərir. Ölkə Prezidentinin diqqət və qayğısını biz məcburi köçkünlər daha çox hiss edirik. Bu günə kimi 104 hər bir şəraiti olan qəsəbələr tikilib məcburi köçkünlərin istifadəsinə verilib. Azərbaycan dövləti gücləndikcə, əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq".
Rayon təşkilatının sədri Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu, həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını da qeyd edib. Bu vasitələrin biri də sosial şəbəkələrdir. Onun sözlərinə görə, xaricdə özünü mühacir adlandıranlar müəyyən qüvvələrin maraqlarına xidmət edərək ölkəmizin, dövlət rəhbərliyinin imicinə zərbə vurmağa çalışırlar: "Belə kampaniya aparanlar cəmiyyətimizdə ifşa olunmalıdırlar. Ona görə də, partiyamızın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. O cümlədən, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətləri ifşa olunmalıdır".
Sonra rayon ərazi ilk partiya təşkilatı sədrlərindən Zahid Hüseynov, Nəriman Əsədov və Mehman Mahmudov çıxış ediblər.
Sonda rayon ərazi ilk partiya təşkilatları sədrlərinə cari işlərin daha səmərəli görülməsi üçün tövsiyələr verilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...