Cəsarət Hüseynzadə: “Müxalifətin fəaliyyəti siyasi hoqqabazlıqdan ibarədir ” RƏY-ÖZƏL

““Milli Şura” və onun “başbilənləri” həmişə olduğumu kimi öz şəxsi maraqları naminə ölkədə mövcud olan sabitliyi pozmağa çalışırlar”. Bunu SİA-ya açıqlamasında QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib. Onun sözlərinə görə, bu müxalifət nümayəndələri öz dedikləri ilə özlərini ifşa edirlər: “Müxalifətin bütün çıxışlarında əsas tezis ondan ibarədir ki, əksər sıravi müxalifətçilər belə “Milli Şura”ya qoşulmur, onlara dəstək vermir. Bir növ öz uğursuzluqlarını bir-birilərinin üzərinə atırlar. Siyasət və siyasi mübarizə də elə xalqın dəstəyi üzərində qurulur. Real həyatda özlərinə tərəfdar tapa bilməyən “Milli Şura” sosial şəbəkələrdə mövcud olan müxtəlif alətlər (sosial şəbəkələr üzərindən reklam və s.) vasitələri ilə, özlərini xalqa sırımağa çalışırlar. Başqa bir fəaliyyətləri də siyasi hoqqabazlıqdan ibarədir. Azərbaycan hökuməti Mingəçevir və Yevlaxda icbari tibbi sığorta ilə bağlı pilot layihənin icrasına 2017-ci ildən başlayıb. Və bu layihə 2020-ci ilin yanvarın 1-dən bütün ölkəni əhatə edəcək. Bu hoqqabazlar mitinq gündəliyinə tibbi sığorta məsələsini qoyublar ki, növbəti piarlarını bunun üzərindən qursunlar. Bildirsinlər ki, bəs hökumət bunların tələbindən sonra tibbi sığorta məsələsini həll etdi. Bütün “tələbləri” də bu tip şou xarakterli və insanları çaşdırmağa yönələn çağırışlardan ibarədir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...