Anar Xəlilov: “Müxalifətin mitinqi iflasa məhkumdur” RƏY-ÖZƏL

“Son vaxtlar beynəlxalq arenada anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı qara piyar kampaniyaları bir qədər də artmışdır”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, təbii ki, buna dəstək verən qüvvələrin əsas hissəsi erməni lobbisi və onların havadarlarıdır: “Məkrli qüvvələr sosial şəbəkələrdə xaricə qaçaraq orda qrantlarla dolanan azərbaycanlılardan da geniş istifadə edirlər. Məhz bundan yararlanmaq müxalifət də “mən də varam” prinsipi ilə aktivləşərək nəsə etməyə çalışır. Həm də xaricdəki qüvvələrin ayırdığı maliyyədən də yararlanmaq istəyirlər. Məhz buna görə də məqamından asılı olmayaraq aksiyalar təşkil etmək bir neçə min insanı aksiyalara cəlb etməklə “biz varıq”, “biz müxalifətik” və bu kimi digər şoular yaratmağa çalışırlar. Xalq bunu bilir, bunları tanıyır, nəyə qadir olduqlarını da görürlər. Bunlar ancaq evdə kompyuter arxasında oturan virtual “pələngdirlər”. Danışmağa nə var ki? Bunların heç bir potensialı, idarəetmə və siyasi qabiliyyətləri belə yoxdur. İndi surət əsrdir. Ancaq bu insanlara baxanda təəssüf hissi keçirirsən ki, bunların düşüncələri qalıb XX əsrin 80-90-cı illərində. Eyni avaz, eyni bayatı. Qarayaxma, hay-həşir, faktlarsız ittiham, reallığa söykənməyən siyasi bəyanatlar və çağırışlar. Bunlar unudublar ki, qarşılarındakı sovet ideologiyasının yetişdirdiyi nəsil yox, yeni müstəqil Azərbaycanın daha dünya görüşlü, savadlı, müasir, ağı qaradan seçməyi bacaran və ən nəhayət düşüncələri belə fərqli nəsildir. Bu gün bu nəsli yüksək peşəkarlıqla və inamla idarə edən Prezidenti var. Hesab edirəm ki, bu aksiya çağırışları indiki dövr siyasi texnologiyalarına uyğun deyil və iflasa məhkumdur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə