Paşinyanın oğlunun əsgərliyi məzuniyyətdə keçir

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu növbəti məzuniyyətə çıxıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın müdafiə nazirinin mətbuat katibi Arsrun Ovannisyanın aysor.am saytının müfbirinə verdiyi məlumata görə, baş nazirin oğlu, müdafiə ordusunun sıravisi Aşot Paşinyan özünün növbəti məzuniyyətindədir.

"Aşot Paşinyan 14 sentyabr, şənbə günü 5 günlük ikinci əsas məzuniyyət alıb", deyə Müdafiə Nazirliyinin nümayəndəsi bildirib. Arsrun Ovhannisyan Aşot Paşinyanla yanaşı, hərbi hissənin digər hərbi qulluqçularının da beş günlük məzuniyyət aldıqlarını qeyd etməklə, baş nazirinin oğlunun növbəti məzuniyyətinə don geyindirməyə çalışıb.

Bundan əlavə, Aşot Paşinyanın altı aylıq xidmətdən sonra 10 gün müddətində bütün hərbi işçilərə veriləcək başqa bir əsas məzuniyyət aldığını da etiraf edib.

Əgər, nazirliyin rəsmisi baş nazirin oğlunun hərbi xidməti müddətində onun dəfələrlə məzuniyyətdə olduğunu dilə gətirib etiraf edirsə, deməli, Paşinyanın oğlunun əsgərliyi elə məzuliyyətdə keçir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə