Komitə sədri imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsini arzu edir

Kinematoqrafiya sahəsinə də başqa sahələrdə nəzərdə tutulan imtiyazların aid edilməsi bu sahənin inkişafına təkan verə bilər. SİA xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Rafael Hüseynov deyib.

Komitə sədri “Kinematoqrafiya haqqında” qanun layihəsinin hazır olduğunu bildirib.

“Başqa qanunlarda nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsini arzu edirik. Biz bunun üçün müvafiq dövlət orqanlarına da müraciət etmişik. Çalışırıq ki, imtiyazlarla bağlı müraciətlər müsbət həll olunsun. Həmin müraciətlər müsbət həll edilərsə, qanun layihəsi çox tezliklə Milli Məclisdə müzakirəyə çıxarılacaq”, deyə Rafael Hüseynov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə