Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib

Bu gün, 17 sentyabr tarixində Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, bugünkü iclasın gündəliyinə 4 məsələ daxil edilib.

İclasda 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə komitə sədri Rəfael Hüseynov hesabat verib. Həmçinin, Mədəniyyət komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planı təsdiqlənib.

Ardınca “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...