Paşinyan Vanesyanın anasını da...

Artur Vanesyanın anası da tezliklə işdən uzaqlaşdırılacaq. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə gündəlik “Jamanak” qəzetində yazı dərc olunub

Yazıda qeyd olunur ki, yaxın vaxtlarda Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyanın anası, hazırda Ermənistan prezidenti Armen Sarkisyanın köməkçisi kimi çalışan Marqarita Azaryan işdən çıxarılacaq.

Həmçinin qeyd edilir ki, Azaryan Serj Sarkisyanın dövründə də onunla bir yerdə fəaliyyət göstərib.

Qeyd olunur ki, həmin dövrdə o Prezidentin Məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...