Ermənistana ən qorxulu təhdid məhkəmə sistemindəndir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, baş nazir Nikol Pashinyan bu gün daha əvvəl hakimlərin məcburi yoxlanmasını tələb edən məhkəmə sisteminə edilən müdaxilə ilə bağlı bir bəyanatla çıxış edib.
Baş nazir məhkəmə sistemi ilə bağlı problemlərin Ermənistan üçün aktual və daha həlli vacib olduğunu qeyd edib.

"Çox ciddi müzakirələrin nəticəsi olaraq, cərrahi, lakin institusional yolla getməyimiz lazım olduğu qənaətinə gəldik ki, problemimizi tələsik həll edərək onun yalnız formasını deyil, həqiqətən problemi həll edək”, deyə Nikol Paşinyan bildirib.

Paşinyan həmçinin etiraf edib ki, Ermənistana ən qorxulu təhdid məhkəmə sistemindəndir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...