Paşinyan artıq yararsız hesab olunur

Brayzanın açıqlaması sübut edir ki, Paşinyan baş nazir kimi həm daxili, həm də xarici dairələr tərəfindən siyahıdan çıxarılıb və indi söhbət onun ümumiyyıtlə siyasi səhnədən uzaqlaşdırılacağından gedir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu politoloq Andranik Tevanyan tert.am saytına verdiyi müsahibədə Metyu Brayzanın açıqlamasını şərh edərkən söyləyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayzanın açıqlaması göstərdi ki, əslində bu mərhələdə Dağlıq Qarabağ cəbhəsində dondurulmuş bir proses müşahidə olunur və prosesdə iştirak edən insanlar, xüsusən də Metyu Bryza özü, bəzi məqamları açmaq məcburiyyətində qalıb.

Politoloq onu da əlavə edib ki, Metyu Brayzanın timsalında Qərb dairələri Paşinyandan narazıdırlar. Tevanyanın sözlərinə görə, həm Moskva, həm də Vaşinqton üçün erməni baş nazir artıq yararsız hesab olunur. O, həmçinin vurğulayəb ki, hazırda Qərb dairələri Ermənistanda yenə də rəngli inqilab etməyə çalışır və Amulsar məsələsi bunun üçün sadəcə bəhanədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...