Ermənistanda repressiya maşını işə düşdü

Əgər sabah Robert Robert Koçaryan azad edilməzsə, bu o deməkdir ki, ölkənin repressiya maşını yenə də işə düşüb. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Alternativ Layihələr Qupu” ictimai təşkilatının rəhbəri ”Vaqe Ovannisyan deyib.

Məlumata görə, Ovannisyan qeyd edib ki, əgər bu gün hakimiyyət kimi istəyirsə onu da həbsxanaya salırsa, sabah hakimiyyət dəyişikliyindən sonra yeni prokuror da bunun əksini edəcək.

“Yeni ictimai televiziyanın xəbərləri gələcəkdə tamamilə başqa adamları və şərhləri göstərəcək, müttəhimlər kürsüsündə isə tamamilə yeni adamlar olacaq. Bunu bu hakimiyyət edir və gələcəkdə olacaqları müəyyənləşdirir. Ölkə buna dözməyəcək. Sabah bu ssenaridən qaçmaq üçün mövcud hakimiyyətin indidən bunun qarşısını alması tələb olunur . Mövcud hakimiyyət ən azından özünümüdafiə instinktinə görə bunu etməlidir”, deyə Vaqe Ovannisyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...