Daşkəsəndə "Bilik Günü" qeyd olunub

Dünən Daşkəsən rayonunda "Bilik Günü" münasibətilə A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək, yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib. Rayon rəhbəri Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından danışaraq bildirib ki, respublikanın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da bu sahədə böyük işlər görülür: "Təkcə son illərdə rayonun Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən ümumtəhsil məktəblərinin tikilib istifadəyə verilməsi, 7 modul tipli məktəbin quraşdırılması, bir çox təhsil müəssisəsinin əsaslı və cari təmir edilməsi buna əyani sübutdur. Bir çox təhsil müəssisəsinin əsaslı və cari təmir edilməsi buna əyani sübutdur. Respublikamızın Birinci Xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə ölkəmizin təhsil sahəsinə böyük diqqət və qayğı göstərir. Belə ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə respublikamızın təhsil sahəsində "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələri uğurla həyata keçirilir. Bunun nəticəsi olaraq, Azərbaycanın müxtəlif regionlarında yüzlərlə təhsil müəssisəsi çoxlu sayda inşa olunub və yenidən qurulub".Ə.Abıyev bütün daşkəsənlilər adından ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər."Bilik Günü" daha sonra məktəb şagirdlərinin hazırladığı bədii kompozisiyalar ilə davam etdirilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə