Azər Badamov: “Paşinyanın sərsəm bəyanatları müharibə riskini artırır ” MÜSAHİBƏ

Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi
- Azər müəllim, Azərbaycanın geniş miqyaslı hərbi təlimlərə başlaması Ermənistanda çox ciddi narahatçılıq və təşviş yaradıb. Bu vahimə ölkənin zəif və aciz durumda olduğunun göstəricisi sayıla bilər?
- Ermənilərin təşviş keçirməsinin səbəbləri var. Əsas ondan ibarətdir və onlar dərk edirlər ki, Paşinyanın sərsəm bəyanatları müharibə riskini artırır. Əgər əvvəllər biz ancaq danışıqlar yolu ilə münaqişənin tənzimlənməsindən danışırdıqsa, indi müharibənin istisna olmayacağını açıqlayırıq. Çünki, Paşinyanın ağılsız, çiy bəyanatları danışıqlar prosesinin əhəmiyyətini itirir. Belə bir sual yaranır: ermənilər müharibəyə hazırdırlarmı? Cavab birdir, təbii ki, yox. Paşinyanın son bəyanatlarından sonra erməni siyasətçilərin açıqlamalarını izləyirik. Erməni siyasətçiləri və iqtisadçıları açıq etiraf edirlər ki, bu gün Ermənistanın iqtisadi-hərbi potensialı Azərbaycanla müharibə etmək iqtidarında deyil və öz narahatlıqlarını ifadə edirlər.
- Sizcə, Rusiya aciz durumda olan Ermənistana yardım edə bilərmi?
- Rusiya da regionda baş verən prosesləri görür və bilir ki, əgər Azərbaycan işğal olunmuş öz torpaqlarında geniş müharibəyə başlayarsa ermənilər tamamilə Qarabağdan çıxarılacaq. Bu halda ermənilərə dəstək verə bilməyəcəkdir. Birincis ona görə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edir və təmizləmə əməliyyatını öz sərhədləri çərçivəsində aparacaqdır. İkincisi isə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir və Rusiya üçün Azərbaycan iflasa uğranmış Ermənistandan daha dəyərlidir. Çox təəssüf ki, bütün bunlara baxmayaraq Ermənistan rəhbərliyi baş verə biləcək hadisələri görmək üçün kordur və ölkənin gələcəyini dərk etmir. Paşinyan üçün hər şeydən önəmlisi hakimiyyəti əlində saxlamaqdır. O anlamır ki, Azərbaycan müharibəyə başlasa onun hakimiyyətdən getməsini sürətləndirəcəkdir.
- Azərbaycanın geniş miqyaslı hərbi təlimlərə başlaması Dağlıq Qarabağdakı bəzi kənd və qəsəbələrdə ermənilərin əraziləri tərk etməsinə gətirib çıxartdığı bildirilir. Sizcə, ermənilər arasında bu qorxu və təşviş ümumilikdə, işğal altındakı bütün əraziləri əhatə edə bilərmi?
- Azərbaycanın apardığı hərbi təlimlərdən Dağlıq Qarabağ ermənilərin təşvişə düşməsi, bəzi yaşayış məntəqələrin tərk etməsi bu günün reallığıdır. Çünki, Qarabağ erməniləri bilirlər ki, Azərbaycan heç vaxt öz torpaqlarını ermənilərə güzəştə getməyəcək. Hərbi təlimlərin geniş miqyas alması da onlara bir mesaj olduğunu başa düşürlər. Təbii ki, bu qorxu və təşviş bütün Qarabağ ermənilərini əhatə edir. Onlar anlayırlar ki, Azərbaycan ordusu hərəkətə keçərsə ilk öncə, Qarabağdakı ermənilər məhvə ediləcəklər. Ona görə də Dağlıq Qarabağda yaşayan ermənilərin narahatlığı günü-gündən artmaqdadır.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...